Naxçıvan şahmatçıları qardaş ölkədən medallarla qayıdır

Türkiyənin Malatya şəhərində "VIl Altın Kayısı" adlı Beynəlxalq Şahmat turniri keçirilib. 26-31 avqust tarixlərini əhatə edən və 15 ölkədən 440 idmançının qatıldığı yarışda Naxçıvan Şəhər Uşaq Gənclər Şahmat Məktəbinin müəllim və şagirdləri uğurlu nəticələrə nail olublar. Təmsilçilərimiz turniri 4 medalla tamamlayıblar.
 
Beynəlxalq usta Toğrul Həsənzadə "A" qrupunda mükafatçılar sırasında yer alaraq medal və pul mükafatına sahib çıxıb. Qadın FİDE Ustası Nəsrin Babayeva "A" qrupunda qadınlar arasında 3-cü olub.
 
Azyaşlı şahmatçılarımız Lətif Muradlı və Yasin Əzimov müvafiq yaş kateqoriyalar üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksən pilləsinə yüksəliblər.
 
Naxçıvan MR Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti